Bakılı fizikdən film çəkən rejissora Berlində qadağa

26 Sentyabr 2018 13:52 (UTC+04:00)

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qadağaya səbəb kimi vətəndaşların təhlükəsizliyi göstərilib.

Müəlliflər instalyasiyanı oktyabrın ortasında açmağı planlaşdırsalar da, ərizəni gec veriblər. Şəhər hakimiyyəti i bildirib ki, sərgidə yanğın çıxışları kifayət qədər olmadığından hər hansı qəza zamanı çətinliklər yarana bilər.

Xrjanovski mərkəzdə 1961-1989-cu illərdə olduğu kimi şəhəri ikiyə bölən Berlin divarı ucatmaq istəyib. Sərgini ziyarət etmək istəyənlər viza almalı və sərhəd nəzarətindən keçməli olacaqdılar.

Şəhər rəsmiləri bildiriblər ki, qadağa sərginin məzmunu ilə bağlı deyil. Müəlliflər sərgini təxirə slsalar, şəhər rəhbəliyi onlara kömək etməyə hazırdır.

İnstalyasiyanın açılışı Xrjanovskinin “Dau” filminin premyerası ilə eyni zamanda olmalı idi.

Qeyd edək ki, “Dau” filmi Bakıda doğulmuş, Fizika üzrə Nobel mükafatı laureatı Lev Landauya həsr olunub.

AzNews.az