Məmmədyarov Nyu-Yorkda Sierra Leoneli həmkarı ilə görüşüb

26 Sentyabr 2018 13:58 (UTC+04:00)

Elmar Məmmədyarov sessiya çərçivəsində Sierra Leone xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba və Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmməd ilə görüşüb.

AzNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə ölkələr arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az