Yanvarın 1-dən elektrik enerjisi, qaz, su və duz pullu olacaq - Prezident fərman verdi

26 Sentyabr 2018 14:26 (UTC+04:00)

Bu barədə “Türkmənistan bu gün” agentliyi məlumat yayıb. Yeni qərara əsasən, qeyd edilən xidmətlər güzəşti qiymətlərlə ödənişli əsasda olacaq.

Qeyd edilir ki, elektrik enerjisi, qaz, su və duz ölkədə pulsuz olsa da, istifadəsində müəyyən limit vardı. Limiti keçdikdə ödəniləcək məbləğ o qədər aşağı idi ki, simvolik hesab edilirdi.

Ölkədə əhali üçün yuxarıda sadalanan pulsuz xidmətlər 1993-cü ildən Türkmənistanın ilk prezidenti Saparmurat Niyazov tərəfindən tətbiq olunub. (qafqazinfo)

AzNews.az