ABŞ “Patriot”ları Orta Şərqdən çıxarır

26 Sentyabr 2018 15:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” mətbu orqanı son dəqiqə başlığı ilə məlumat yayıb.

Qəzet informasiyanın mənbəyi olaraq, yüksək səlahiyyətli hərbçiləri göstərib.

ABŞ-ın İordaniya, Küveyt və Bəhreyndəki “Patriot” raket müdafiə sistemini çıxardığı bildirilərək, ölkənin yavaş-yavaş Orta Şərq və Əfqanıstandan çıxmağa hazırlaşdığı iddia olunub.

ABŞ-ın diqqətinin Çin və Rusiya ilə olan gərginliklərə yönləndiriləcəyi vurğulanıb.

Nurlan AĞA
AzNews.az