Saxlanılan şəxs polis şöbəsində öldü - QAZAXDA

26 Sentyabr 2018 15:43 (UTC+04:00)

Qazax rayon sakini Kərim Əhmədovun şikayəti əsasında polis tərəfindən saxlanılan Elmir Mirzə oğlu Axundov polis şöbəsində naməlum şəraitdə dünyasını dəyişib.

Saxlanılan şəxsin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Qazax rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (open.az)

AzNews.az