Türkiyəli jurnalistlər ABŞ-da təhlükə ilə üzləşdilər

26 Sentyabr 2018 17:30 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türkiyəli jurnalistlərin qaldığı oteldə yanğın baş verib.

Otelə yanğınsöndürənlər cəlb olunub, binadakılar təxliyyə olunub.

Təhlükəsizliyin qısa vaxt ərzində təmin olunduğu bildirilir.

Qeyd edək ki, hazırda BMT Baş Assambleyasının 73-cü sessiyası keçirilir.

Nurlan AĞA
AzNews.az