Bank borcu daha bir can aldı - Bulvarda dəhşətli hadisə

26 Sentyabr 2018 17:41 (UTC+04:00)

Aparılan araşdırmalar nəticəsində özünü insanların gözü qarşısında dənizə ataraq həyatına son qoyan şəxsin Masallı rayon sakini, 1984-də anadan olmuş Zeynalov Mahir Əliabbas oğlu olması müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mahir Zeynalov xeyli müddət imiş Bakıda yaşayırmış və paytaxtda müxtəlif şirkətlərdə işləyib. Onun banka borcunun olduğu və borcu ödəməkdə çətinlik çəkdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (publika.az)

AzNews.az