Putin Ermənistan səfərini təxirə saldı

26 Sentyabr 2018 19:04 (UTC+04:00)

Putinin köməkçisi Yuri Uşakov Rusiya prezidentinin Ermənistana bu il gəlməsinin gözlənilmədiyini bildirib.

Onun sözlərinə görə bu səfər üçün 2019-cu ilə köklənmək yaxşı olardı.

“Həqiqətən də bizim prezidentimizin Ermənistana səfəri müzakirə olunub amma konkret tarixi haqda hələ ki, müzakirələr aparılmır” – Uşakov bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin sentyabrda Ermənistana səfər edəcəyi barədə xəbər yayılıb.(modern.az)

AzNews.az