Aqil Abbas: “Sözün düzü, gözləmirdim”

1 Aprel 2013 17:15 (UTC+04:00)
60 yaşı tamam olan yazıçı, Milli Məclisin deputatı Aqil Abas prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb. Dövlət başçısı Aqil Abbası 60 illik yubileyi ilə əlaqədar "Şöhrət" ordeni ilə təltif edib.

A.Abbas bu sevincini AzNews.az vasitəsilə bütün Azərbaycan xalqı ilə bölüşdü və prezidentə təşəkür etdi: "Bu mənə deyil, bütün Azərbaycan ədəbiyyatına verilmiş yüksək qiymətdir. Sözün düzü, mən bunu gözləmirdim. Buna görə Prezident İlham Əliyevə təşəkür edirəm".

Bahar Rüstəmli
AzNews.az