60 dəqiqəyə 30 narkoman

1 Aprel 2013 20:35 (UTC+04:00)
İranda orta hesabla hər saat 30 narkoman və narkotik vasitə satan həbs edilir



ANS PRESS-in verdiyi məlumata görə, İranda narkotiklə bağlı hər saat 27 cinayət işi açılır.
Hüquq-mühafizə orqanlarının rəsmi statistikasına görə, sutka ərzində orta hesabla İranda qeyri-qanuni dövriyyədən 1369 kiloqram narkotik maddə çıxarılır. Ötən il yarım ton narkotik dövriyyədən çıxarılıb ki, bu da hər saat orta hesabla 57 kiloqram narkotik maddə edir.

Hazırda İranda 1375 narkoman rəsmi qeydiyyatdadır. Bu narkotik istifadəçilərinin orta yaşı 21-dir. Hesablamalara görə, hər gün İranda 11 nəfər narkotikdən ölür.

AzNews.az