İşğal olunmuş ərazilərə ermənilərin köçürülməsi AŞPA-da müzakirə olunacaq

1 Aprel 2013 20:45 (UTC+04:00)
Aprelin 4-5-də Morakkoda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya komitəsinin iclası keçiriləcək. İclasda ölkəmizi millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev təmsil edəcək.

Modern.az saytına açıqlamasında R.Rzayev bildirib ki, Miqrasiya komitəsinin iclasında əsasən ərəb ölkələrindən Avropaya gələn ayrı-ayrı miqrantlarla bağlı məsələ müzakirəyə çıxarılacaq.

"Bu məsələnin Azərbaycana da təsiri var. İclasda mən də çalışacağam ki, bununla bağlı məsələ qaldırım. Xüsusən də Azərbaycanın işğal olunmuş ərazilərinə dünyanın ayrı-ayrı ölkələrindən ermənilərin köçürülməsi məsələsini komitə iclasında qaldıracam"-deyə deputat bildirib.

AzNews.az