Berezovskinin harada dəfn ediləcəyi müəyyənləşdi

2 Aprel 2013 08:15 (UTC+04:00)
İngiltərədə öz evində ölü tapılmış Boris Berezovskinin yaxınları onu Böyük Britaniyada Londonun Qannersberi qəbirstanlığında dəfn etmək qərarına gəliblər.

Bu barədə rusiyalı oliqarxın yaxınları jurnalistlərə bildirib, - "RİA Novosti".

Məlumata görə, Londonda dəfn mərasiminin təşkil edilməsi üçün artıq Berezovskinin birinci həyat yoldaşı Nina Korotkova yola düşüb.

Berezovskinin Rusiyada dəfn edilməməsinə səbəb, onun bir çox yaxınlarının, o cümlədən anasının artıq uzun müddətdir Qərbdə yaşamasıdır. Eyni zamanda Qannersberi qəbirstanlığında Berezovskinin yaxın dostu, filosof Aleksandr Pyatiqorski də dəfn edilib.

AzNews.az