Saakaşvili səfirin namizədliyini təqdim etdi

2 Aprel 2013 10:14 (UTC+04:00)



Trend-in məlumatına görə, çərşənbə axşamı Gürcüstan parlamentindən bildiriblər ki, Saakaşvili təsdiq edilməsi üçün beş səfirin namizədliyini irəli sürüb.
Gürcüstan səfirləri vəzifəsinə aşağıdakı namizədlər irəli sürülüb: Qazaxstanda Zurab Pataridze, Türkiyədə İrakli Koplatadze, Azərbaycanda Teymuraz Şaraşenidze, Litvada Xatuna Salukvadze.
Gürcüstanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsinə Konstantin Korkeliyanın namizədliyi irəli sürülüb.

Səfirlərin namizədliyi parlamentin bu yaxınlarda keçiriləcək sessiyasında deputatlar tərəfindən təsdiq ediləcək.


AzNews.az