Tikintidə daha bir bədbəxt hadisə

2 Aprel 2013 11:18 (UTC+04:00)
Aznews.az –a daxil olan məlumata görə, Nərimanov rayonu Mirəli Qaşqay küçəsində tikilməkdə olan Sağlamlıq Mərkəzində bədbəxt hadisə baş verib.

22 yaşlı fəhlə Əziz Allahqulu oğlu Quliyev yuxarı mərtəbədən yıxılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.


Ruhiyyə
Aznews.az