Məmurların korrupsiya əməlləri barədə məlumat verənlərə dövlət dəstəyi

2 Aprel 2013 12:50 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin məmurların yol verdiyi korrupsiya faktları barədə məlumat verəcək şəxslərin dövlət tərəfindən müdafiə olunması və onların pulsuz hüquqi yardımla təmin edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun icrasına dair tədbirlər haqqında Fərman bu gündən qüvvəyə minib.

Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, korrupsiya faktları ilə bağlı anonim məlumatlar qəbul olunmayacaq. Xarici ölkələrdə malik olduqları mülkiyyəti gəlir bəyannaməsinə daxil etməyən məmurların işdən qovulacağını deyən İvanov bildirib ki, xarici ölkədə mülkiyyətə malik olmağa qadağa qoyulmur: "lakin məmur bu mülkiyyəti hansı vəsait hesabına aldığını bəyan etməlkdir".

AzNews.az