Putin göstəriş verdi

2 Aprel 2013 13:57 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin məmurların xaricdəki hesabları və mülkiyyətləri barədə hesabat hazırlamağı tapşırıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının rəhbərinin hazırlayacağı hesabat oktyabrın 1-ə qədər Vladimir Putinə təqdim olunmalıdır.

Artıq bununla bağlı xüsusi komissiya da yaradılıb.

AzNews.az