ADNA-dan “şəp-şəp açıqlaması”
2 Aprel 2013 14:34 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında bu gün saqqallı və hicablı tələbələrin dərsə buraxılmaması ilə bağlı xəbərlər yayılıb. Aznews.az-ın əməkdaşı yayılan xəbərlərin doğruluğunu və nə ilə izah olunduğunu araşdırıb. Bu məqsədlə ünvanlanan suallara isə Neft Akademiyasının ayrı-ayrı şöbələrindən müxtəlif cavablar alıb.
ADNA-nın Tədris şöbəsindən bildiriblər ki, saqqallı və hicablı tələbələr deyil, şəp-şəpli tələbələr dərsə buraxılmayıb.
Həmkarlar Təşkilatının zəngə cavab verən əməkdaşı hər hansı tədbir faktını təkzib etməsə də, məlumat vermək səlahiyyətinin olmadığını bildirib.
ADNA-nın prorektoru Nuhbaba müəllim isə deyilənlərin hamısını təkzib edib: "Nə şəp-şəp? İndi şəp-şəp geyinən var? Heç kəsə qarşı heç bir tədbir görülməyib".
Ruhiyyə
Aznew.az