Çimərliklərdə monitorinqlərə başlanılıb

1 May 2013 08:06 (UTC+04:00)


APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası tərəfindən aparılacaq monitorinqlər noyabr ayına kimi davam edəcək.

Bu müddət ərzində su hövzələrindən nümunələr götürülərək Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyalarında yoxlanılacaq. Vəba xəstəliyi mövsümü xarakter daşıyır və əsasən may ayından müşahidə olunur.

Son illər bu xəstəlik respublikada qeydə alınmasa da, müvafiq profilaktik tədbirlər davam etdirilir.

AzNews.az