Əli Əliyevin müavini birinci oldu – SORĞU

1 May 2013 10:03 (UTC+04:00)

AzNews.az gənc siyasətçilərin hansının daha perspektivli olması ilə bağlı aprelin 1-dən 30-dək keçirilən sorğuya yekun vurub. Səsvermədə 1791 nəfər iştirak edib və onlar 14 gənc siyasətçi ilə bağlı fikirlərini ifadə etmək imkanı qazanıblar.

Respondentlərin fikrincə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynli ən perspektivli siyasətçidir. O, 491 səslə siyahıda birinci yerdədir. İkinci və üçüncü yerləri müvafiq olaraq 297 səslə Bəxtiyar Hacıyev və 251 səslə Niyaməddin Orduxanlı bölüşdürür.

Sonrakı yerləri 172 səslə Emin Milli, 167 səslə Turqut Qəmbər və 124 səslə Əbülfəz Qurbanlı bölüşdürür.

Tural Abbaslı respondentlərin 68 nəfərinin, Ceyhun Osmanlı isə 59 nəfərinin müsbət rəyini alıb.
Samir Əsədli 48 səslə siyahıda 9-cu, Seymur Orucov isə 41 səslə 10-cu yeri tutur.
Rəşadət Axundovu respondentlərdən 26, Ülvi Həsənli isə 21 nəfərinin səsini qazanaraq, daha perspektivli siyasətçilər arasında sona doğru yerlərini möhkəmlədiblər.

Siyahıda son 2 yeri isə 17 səslə Ramin Hacılı və 7 səslə Cəmil Hacıyev bölüşdürüb.

Qeyd edək ki, AzNews.az may ayı ərzində yeni sorğuya start verib. Sorğuda respondentlər yeni təyin olunan təhsil naziri Mikayıl Cabbarovun təhsil sisteminin hansı sahəsində dönüş gözlədikləri ilə bağlı fikirlərini bildirəcəklər.

Elnarə Əlosmanqızı
AzNews.az