Putin Obamanın məktubuna cavab verdi

1 May 2013 11:02 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin baş katibi Con Kerri Rusiyaya rəsmi səfərə gələcək. Amerikalı nazir səfərini mayın 7-8-də reallaşdıracaq. Bu görüş Amerika dövlət başçısı Barak Obamanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktuba cavab olaraq razılaşdırılıb.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə məktub göndərmişdi. Həmin məktub iki ölkə arasında artan təzyiqin azaldılması və münasibətlərin yumşalmasına hesablanmışdı. Putin məktuba cavab verilməsi üçün müəyyən vaxt lazım olduğunu bildirmişdi. (anspress)

AzNews.az