“İşçinin alın təri qurumadan haqqını verin”

1 May 2013 11:44 (UTC+04:00)
Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş oyunçusu, millət vəkili Hakan Şükür 1 may dünya zəhmətkeşlərinin bayramı barədə yazıb.

Şükür sosial şəbəkədə yazdığı mesajda sahib oluğu hüququn işçiyə verilməsinin onun üçün hər gün bayram sayılacağını vurğulayıb. Hakan Şükür fikirlərini İslam peyğəmbərinin sözü ilə dəstəkləyib.

"Yeganə düstur, "İşçinin alın təri qurumadan haqqını verin" (Hz. Muhamməd əs) olmalıdır. O zaman əmək adamlarına hər gün bayram olar. Qoy haqqın meydana çıxması ilə işçilərimizə hər gün bayram olsun. Vicdanlarda və ürəklərə inqlab olmadıqca əməyin təri qarşılıqsız quruyacaq" – deyə Hakan Şükür qeyd edib.

AzNews.az