16-cı mərtəbədən yıxılan 13 yaşlı qızın videosu yayıldı - VİDEO

1 May 2013 14:44 (UTC+04:00)
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidentinin qızı Sunay Məmmədova Rihannanın repertuarından mahnı oxuyub.

Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın video görüntüsü yayılıb. 13 yaşlı Sunay Məmmədova aprelin 28-də gecə saat 23.00 radələrində paytaxtın 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirib. Polisin məlumatına görə, S.Məmmədova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızıdır.

Baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb. Araşdırmaların sonunda S. Məmmədovanın bədbəxt hadisə və ya intihar nəticəsində öldüyü müəyyənləşəcək. (ANPRESS)

AzNews.az