Arvadının zorlanmasını əlində siqaret seyr etdi

2 May 2013 07:29 (UTC+04:00)


Türkiyənin Antalya şəhərində polisə şikayət edən qadın keçmiş əri və onun dostu tərəfindən zorlandığını iddia edib. 25 yaşlı qadının sözlərinə görə, işə gedərkən ayrıldığı əri onu qaçırıb və təcavüzə məruz qoyub.

Daha sonra ərinin dostu tərəfindən zorlanan qadın ərinin bu səhnəni kənardan seyr etdiyini bildirib: "Dostu məni zorlayarkən o, sakitcə kənarda əlində siqaret dayanıb baxırdı".

Keçmiş həyat yoldaşını dostu ilə bərabər zorladığı iddialarına cavab olaraq kişi bu hərəkəti qadının öz istəyi ilə törətdiklərini bildirib.

Elnur
AzNews.az