Daha 8 yeni stansiya istifadəyə veriləcək

2 May 2013 09:28 (UTC+04:00)


Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov elektromexanika xidmətinin kollektivi ilə görüşündə bəyan edib.

T.Əhmədovun sözlərinə görə, hazırda inşa olunan "Həzi Aslanov-2" - "Yeni Günəşli" sahəsini tam olaraq "Yaşıl" xəttin qatar hərəkəti dövriyyəsinə qoşmaq üçün tezliklə "Xətai" stansiyasından başlamaqla daha bir istiqamətdə tikintinin başlanması reallıqdır.

Bundan əlavə, daha iki deponun inşasına başlanılıb və bu işlərin yekununda metropolitendə daha bir xidmət - sərnişin qatarları xidməti təşkil olunmalıdır.

Qeyd edək ki, mövcud olan "Yaşıl" xətt "Xətai" və "Dərnəgül", "Qırmızı" xətt "İçərişəhər" və "Həzi Aslanov" stansiyalarını birləşdirir. Tikilən "Bənövşəyi" xəttin isə Bakı Beynəlxalq Avtovağzalından Qaraçuxur qəsəbəsinə qədər çəkilməsi nəzərdə tutulur.(apa.az)

AzNews.az