Paralimpiya Komitəsində yeni təyinat

2 May 2013 10:24 (UTC+04:00)
"Space" telekanalının keçmiş əməkdaşına Milli Paralimpiya Komitəsində vəzifə verilib.

Telekanalın keçmiş əməkdaşı Tural Əliyev komitənin mətbuat katibi vəzifəsinə təyin olunub.

Bir müddət əvvəl "Space" telekanalından ayrılan T. Əliyev xeyli müddət media sahəsində çalışmayıb. Komitə rəhbərliyi bu günlərdə onu mətbuat katibi vəzifəsinə təyin edib.

T. Əliyev həmçinin AzTV-də rus dilində xəbərlərin aparıcısı olub.//qafqazinfo//

AzNews.az