Sərhəddə atışma: yaralananlar var

2 May 2013 15:12 (UTC+04:00)


Bu barədə Trend cümə axşamı "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir.
Sənədlərində olan problemlərə görə Türkiyəyə buraxılmayan bir qrup suriyalı qaçqın polis və sərhədçilərə atəş açıb. Nəticədə yeddi nəfər yaralanıb, onlardan üçü polis, ikisi hərbçi, daha ikisi isə dinc sakindir.

Hadisə yerinə təcili yardım maşınları və əlavə təhlükəsizlik qüvvələri göndərilib.

AzNews.az