125 jurnalist qətlə yetirilib

2 May 2013 20:26 (UTC+04:00)


"Hər gün dünyanın bir çox yerlərində jurnalistlər və media işçiləri təzyiqə məruz qalırlar. Mətbuat işçiləri onları susdurmaq və senzuraya məruz qoymaq istəyən hökumətlər, şirkətlər, cinayətkar qüvvələr və başqaları tərəfindən hədə, təhlükə və zorakılığa məruz qalırlar".

ANS PRESS-in məlumtına görə, buu barədə BMT-nin baş katibi Pan Gi Munun 3 May Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı yaydığı müraciətdə bildirilir.

O qeyd edib ki, ənənəvi media platformaları olan radio, qəzet və televiziyadan daha çox məşhurlaşan sosial media vasitələri, bloqlar və vətəndaş jurnalistikasına keçid jurnalistləri daha çox risk altına atır.

"Ötən on il ərzində 600-dən çox jurnalist qətlə yetirilib, onlardan ən azı 120-si keçən il öldürülənlərdir. Yüzlərlə jurnalist həbs edilib. Təhlükələr təkcə fiziki deyil hədə-qorxu, kiber-hücumdan tutmuş təhqirlərə qədər olur. Güc sahibləri mediaya bir çox alətlərlə təzyiq edərək qeyri-qanuni hərəkət və ya pozuntuların işıqlandırılmasının qarşısını almaq istəyirlər. Bunlar fərdi faciələr olsa da, bütövlükdə onlar insanların həqiqəti bilmək hüquqlarına qarşı böyük maneədir. Narahat edən məqamlardan biri də qanunu pozanlar çox vaxt cəzasız qalması faktıdır. BMT Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələsi üzrə fəaliyyət planı hazırlayıb. Fəaliyyət planı məlumatlılığın artırılması və jurnalistlər üçün azad və təhlükəsiz iş mühitinin yaradılmasına yönəlmiş praktik addımları nəzərdə tutur. Danışmaq təhlükəsiz olanda bütün dünya bundan bəhrələnəcək".

AzNews.az