Deputat 12 yaşlı qızı küçədə döydü

3 May 2013 07:56 (UTC+04:00)
Yunanıstanda sağ təmayüllü partiyanın nümayəndəsi 12 yaşlı qızı vurması bütün ölkəni qarışdırıb. Mübahisə sırasında Afinanın meri Yorqas Kaminisi vurmaq istəyən millət vəkilinin yumruğu hədəfə yox, merin yanındakı 12 yaşlı qıza dəyib.

Hadisədən sonra ölkədə partiya üzvü olan deputatın sərt cəzalandırılması tələbləri səsləndirilir.

Qeyd edək ki, 12 yaşlı qızı vurmaqda ittiham edilən deputatın təmsil etdiyi partiya ötən ilin iyununda keçirilən seçkilərdə mandat qazanıb. Partiyanın üzvləri dəfələrlə miqrantlara qarşı zor tətbiq etməkdə günahlandırılıblar.

Elnarə
AzNews.az