İlham Əliyev Sumqayıtda

3 May 2013 09:15 (UTC+04:00)
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzi açılıb.

Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib.

Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına mərkəz barədə məluma verib. Bildirilib ki, "Asan xidmət" mərkəzi Sumqayıtda Şabran, Siyəzən, Xızı və Abşeron rayonlarında qeydiyyatda olan vətəndaşlara 23 bölmə üzrə xidmət göstərəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün səhər Sumqayıta səfəri başlayıb.//SalamNews//

AzNews.az