Gecəyarısı 2 kişi və 2 qadın liftdə qaldı
3 May 2013 09:24 (UTC+04:00)
Bu gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin (2 kişi və 2 qadın) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapısını müvafiq açarla açıb və zərərçəkmişlərin xilas olunmasını təmin edib.
Əməliyyat saat 01:35 radələrində başa çatıb.
AzNews.az