Futbolda yenilik edilir

3 May 2013 10:10 (UTC+04:00)



Futbolda yenilik edilir. AzNews.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlarda ədalətli oyun vərdişləri, rəqibə hörmət, oyunu əsanamənin tələblərinə uyğun şəkildə keçirmək vərdişlərinin formalaşdırılması məqsədilə AFFA "Coca-Cola Məktəbli kuboku" turnirinin bugünlərdə start veriləcək final mərhələsində yeni qaydanın tətbiqinə başlanacaq.

Oyun ərzində yuxarıda sadalanmış qaydalara əməl etmiş oyunçulara hakim tərəfindən yaşıl kart göstəriləcək.

Bu qaydanın tətbiqində əsas məqsədlərdən biri də gələcək peşəkar karyerası ərzində futbolçuların lazımsız sarı və ya qırmızı kart cəzasına məruz qalmaması üçün uşaqlıqdan müəyyən vərdişlərə yiyələnməsidir.

AzNews.az