Sərnişinlərə şad xəbər: qiymətlər artmadı

3 May 2013 10:27 (UTC+04:00)



Şuradan Trend-ə bildiriblər ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənmiş, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılmışdır.

Hazırda Tarif (qiymət) Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyildir.

Tarif (qiymət) Şurasının bu qərarı 1 may 2013-cü il tarixdən qüvvədədir və Bakı şəhərində marşrutlar üzrə tariflər aşağıdakı kimidir:


Bakı şəhəri üzrə marşrut nömrələri

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 ( 20 qəpik)


102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216 ( 20 qəpik)

104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217 ( 25 qəpik)

103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215 (30 qəpik)

100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212 (35 qəpik)

101, 114 (50 qəpik)

187 ( 70 qəpik)

115, 122, 150, 195 ( 80 qəpik)

AzNews.az