Axtarışda olan şəxs həbsxanada həbs edildi

3 May 2013 10:39 (UTC+04:00)


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan Alqayıt Əzizov ötən gün həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, təqsirləndirilən A. Əzizov bir neçə gün əvvəl Hacıqabul rayonunda bıçaqlanıb. Həmyerlisi 1970-ci il təvəllüdlü Əhədov Rafət Rafiq oğlu tərəfindən bıçaqlanan A. Əzizov xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı onun polis tərəfindən axtarışda olduğu müəyyənləşib.

Polisin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində A. Əzizov müalicə aldığı xəstəxanada tutularaq istintaqa təhvil verilib.


AzNews.az