Azadlıq meydanı yenidən qazıldı - Fotolar

3 May 2013 12:15 (UTC+04:00)
Mayın 3-də Bakıda Neftçilər prospektinin Azadlıq meydanından keçən hissəsi yenidən qazılıb.

Bir neçə gün öncə ard-arda çökən yolun qazılmasına səbəb isə tikilməkdə olan yeraltı tuneldə bərkitmə işlərinin aparılmasıdır.

Ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi özünü təqdim edən şəxs açıqlamasında bildirib ki, qazıntı işləri çökən tunelin üst hissəsinin bərpası ilə bağlıdır. Onun sözlərinə görə, eyni zamanda yol kənarına mərmər lövhələr düzülür.

Ərazidə çalışan fəhlələr isə bildiriblər ki, tunelin üst hissəsində, asflat qatında boşluqlar olduğu üçün ard-arda çökmələr baş verib. Onlar bir neçə dəfə tikintiyə məsul şəxslərə məlumat verərək bildiriblər ki, boşluq olan hissəyə dəmir-beton konstruksiyalı yardımçı dayaqlar qoyulmaldır: "Sözümüzü eşitmədilər. İki-üç dəfə yolun bu hissəsi çökdü".

Ərazidə olarkən öyrəndik ki, təmir-tikinti işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Neftçilər prospektinin çökən bu hissəsində asfalt örtük sıradan çıxdığından, həmin hissə dağıdılaraq yenidən asfaltlanır.

Tikintində çalışan işçilərin sözlərinə görə, yeni tunel may ayının oratalarına kimi yekunlaşacaq. Tikinti işləri ilə bağlı prospektin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Xüsusuilə yük maşınlarının yolun bu hissəsindən istifadə etməsinə icazə verilmir.//musavat.com//

AzNews.az