Partiya sədri: “Niyə məhz 51 nəfər?“

3 May 2013 13:54 (UTC+04:00)
"Milli Şura ilə bağlı bizim heç kimlə üzbəüz söhbətimiz, müzakirəmiz olmayıb".

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib. O, Milli Şura ilə aralarında razılıq əldə olunması barədə iddialara münasibət bildirərkən bunun doğru olmadığını deyib.

Partiya sədri bir sıra təklif də səsləndirib. "Belə bir müzakirə olsaydı mən də orda iştirak edərdim. Bizim istəyimiz siyasi qüvvələrin geniş spektrini özündə birləşdirən müxalif hərəkatının olmasıdır. Burda ziyalılar, QHT, KİV, gənclər, siyasi partiyalar və ekspertlər olmalıdır. Digər tərəfdən, ALP olaraq ilkin şərtləri müəyyənləşdirən bərabər hüquqlu təsisçi kimi olmalıyıq".

Əvəz Temirxan Milli Şura ilə bağlı 51 nəfərlik tərkibin müəyyənləşməsi barədə məsələyə də aydınlıq gətirib. "Niyə görə məhz 51 nəfər? Azərbaycanda bütün nüfuzlu şəxslər, partiyalar yalnız 51 nəfərdən ibarət deyil". Partiya rəsmisi onu da əlavə edib ki, yaradılacaq ümumxalq hərəkatı kollegial-operativ idarəetmə orqanı olmalıdır. "Eyni zamanda təmsilçi orqanı – Məclisi də olsun. Bununla da təmsilçilik kvotaları müzakirə olunmalıdır", – deyə o, təklif verib.

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin yaydığı məlumata görə, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva da var idi. "Yeni Müsavat"ın əldə etdiyi bilgiyə görə, Lalə Şövkətlə aparılan danışıqlar da müsbət nəticə verib. Bir neçə şərt irəli sürən ALP lideri ilə ümumi məsləhətləşmələrdən sonra ortaq məxrəc əldə edilib.

AzNews.az