Ermənistanda rəhbər vəzifəsindən uzaqlaşdırıldı

3 May 2013 14:29 (UTC+04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Xüsusi İstintaq Xidmətinin rəhbəri Andranik Mirzoyanı tutduğu vəzifədən azad edib. Trend-in cümə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, istefanın səbəbi hələlik məlum deyil.

Lakin yayılan məlumatlara görə, bu, Xidmətin nəzarətində olan hansısa işlə bağlıdır. Sarkisyan Mirzoyana həmin işə diqqət yetirməyi tapşırıb, ancaq o, tapşırığa istənilən diqqəti göstərməyib.

AzNews.az