Avtomobil qəza törətdi: 2 məktəbli ölüb

3 May 2013 14:41 (UTC+04:00)


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 14 radələrində Lənkəran-Lerik yolunun Şaqlaküçə kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Rıvo kənd sakini, 1975-ci il təvəllüdlü Novruz Mənsim oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı, 90 EE 785 dövlət nömrə nişanlı avtomobillə kənd orta məktəbindən dərsdən çıxıb evə gedən şagirdləri və 64 yaşlı kişini vurub.

Nəticədə Rıvo kənd orta məktəbinin şagirdləri - 1996-cı il təvəllüdlü Səidə Səyyar qızı Qəmbərova və 1999-cu il təvəllüdlü Aydan Natiq qızı Bağırova dünyasını dəyişib, 1995-ci il təvəllüdlü Ayxanım Rizvan qızı Kərimova, kənd sakini, 1949-cu il təvəllüdlü Ağabəy Vəliağa oğlu Canıyev xəsarət alıblar.

Faktla bağlı cinayət işi açılıb, sürücünün saxlanıldığı bildirilir.

AzNews.az