Güneyə müstəqillik istəyən konqresmen Bakıya gəlir

3 May 2013 14:50 (UTC+04:00)


Bu barədə məlumatı Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı verib.

DAK həmsədri Amerikaya səfər çərçivəsində güneydə yaşayan 35 milyondan artıq azərbaycanlının milli hüquqlarının pozulduğu qənaətində olan konqresmenlə də görüşüb. D. Rorabaher Azərbaycana mayın sonunda bir qrup konqresmenin daxil olduğu nümayəndə heyətini tərkibində gələcək.

Qeyd edək ki, Rorabaher ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri vəzifəsini icra etdiyi dönəmdə Güney Azərbaycanın müstəqillik uğrunda mübarizəsini dəstəkləməklə bağlı rəsmi Vaşinqtona müraciət etmişdi. Bundan sonra onun Azərbaycana səfəri və hətta ölkə prezidenti tərəfindən qəbul edilməsi İran tərəfindən diqqətlə izlənilmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az