34 yaşlı kişi damarlarını doğradı

4 May 2013 08:26 (UTC+04:00)
Bu gecə Bakının Nizami rayonunda 34 yaşlı kişi özünü öldürmək istəyib. Rayon polis idarəsindən verilən məlumata görə, Rüstəmov küçəsi ev 60 mənzil 44 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Şamil Kərimov canına qəsd etmək istəyib.

O, gecə saat 00:45 radələrində qollarını doğrayıb. Onu yaxınları huşsuz vəziyyətdə qanın içində tapıblar. Dərhal təcili yardım çağrılıb və Ş.Kərimov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az