Televiziya aparıcısı 13 qızı zorlayıb

4 May 2013 14:22 (UTC+04:00)


Zorlamada ittiham olunan BBC-nin 82 yaşlı aparıcısı Stüart Holl günahlarını etiraf edib. Məşhur aparıcı 13 azyaşlı qızları zorladığını bildirib. Onun sözlərinə görə, 1967-ci ildən 1985-ci ilə qədər müxtəlif yaşlarda qızlara təcavüz edib. Bunların arasında 9 yaşlı qız uşağı da olub. İndi onun zorlamaya görə cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, S. Hall "BBC Radio 5"də idman yarışlarının ən məşhur aparıcısı olub. Xüsusilə də 1970-ci illərdə onun "Nokaut" proqramı böyük populyarlıq qazanmışdı. 2012-ci ildə isə ona Britaniya İmperatorluq Nişanı verilib.(anspress)

AzNews.az