Həbsdə olan sədr müavini azadlığa çıxdı
4 May 2013 11:39 (UTC+04:00)
Həbs müddəti başa çatan İslam Partiyasının sədr müavini Arif Qəniyev mayın 4-də azadlığa buraxılıb. Bu barədə "Azadlıq" radiosuna İslam Partiyasından Natiq Kərimov məlumat verilib.
2011-ci ilin avqustunda həbs olunan Arif Qəniyev Cinayət Məcəlləsinin qanunsuz odlu silah və narkotik maddə əldə etmə, saxlama maddələri ilə ittiham olunub.
İl yarım azadlıqdan məhrum edilən partiya üzvü 2012-ci il iyunun 6-da Şirvan şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Amma Respublika Prokurorluğunun Şirvan məhkəməsinin qərarından verdiyi şikayətdən sonra o, avqust ayında yenidən həbs olunub.
AzNews.az