İranda prezidentliyə namizəddən Azərbaycan soruşulub

4 May 2013 11:48 (UTC+04:00)
İranın sabiq xarici işlər naziri, prezidentliyinə namizəd Mənuçehr Müttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli sakinlərlə görüşüb.

Görüş zamanı güneylı soydaşlarımız M. Müttəkiyə İran Konstitusiyasında dilində təhsili nəzərdə tutan 15 və 19-cu maddələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar verib.

İran prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən ölkəsinin hər cür təcavüzə qarşı olduğunu deyib: "Azərbaycan xalqı gərək özü bu münaqişəni həll etsin. Qarabağ müharibəsi zamanı İrana pənah gətirən azərbaycanlılar üçün Ərdəbil şəhərində düşərgələr qurulmuşdu. Biz Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini pisləyirik. Bu işğal nəticəsində 12 mindən çox azərbaycanlı şəhid olub, 1 milyondan insan yurd-yuvalarından didərgin düşüb".

Elnarə
AzNews.az