5 qadın limuzində can verdi

5 May 2013 16:20 (UTC+04:00)
San-Fransiskoda dəhşətli yanğın hadisəsi baş verib. 5 qadın limuzində yanaraq can verib. San-Mateo körpüsü üzərində hərəkət edən limuzini birdən alov bürüyüb.

Limuzinin sərnişini olan 5 qadın maşından çıxa bilməyib. 30 yaşlı qadınlar içəridə yanaraq ölüb. Sürücü və 4 nəfər isə ağır dərəcəli yanğın diaqnozu ilə xəstəxanaya aparılıb.

Elnarə
AzNews.az