Cəlilabadda ölümlə nəticələnən qəza

5 May 2013 18:30 (UTC+04:00)
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Hacıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə mayın 4-də saat 17.00 radələrində Ələt-Astara magistralının 217-ci kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Əfqan Hakim oğlu Məlikovun idarə etdiyi "VAZ-2107" markalı, 44 BO 035 dövlət nömrə nişanlı avtomobil qarşı tərəfdən gələn Lənkəran rayonunun Cil kənd sakini, 1993-cü il təvəllüdlü Fərhad Sərhad oğlu Sədizadənin idarə etdiyi "VAZ-2107" markalı, 10 LX 737 dövlət nömrə nişanı avtomobillə toqquşub. Nəticədə ikinci avtomobilin sərnişini, Lənkəranın Cil kənd sakini, 1967-ci il təvəllüdlü Fərman Fərhad oğlu Fərziyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az