Aramım məramı və ya təxribatçı hay patriarxı

5 May 2013 21:48 (UTC+04:00)
Cümşüd Nuriyev



Erməni patriarx Aram Atəşyan Türkiyənin televiziya proqramlarından birində yayımlanan "Analiz" verilişində belə bir açıqlama verib: "… biz Ermənistana ata vətən, Türkiyəyə isə ana vətən deyərik. Biz Türkiyədəki ermənilər ana ilə ata arasında qalmış uşaqlarıq, onlar ikisi dava edir, biz isə ağlayırıq" (Aznews.az saytı. 28.04.2013)

İlk baxışdan qərəzsiz və məkrsiz görünən bu bəyanat əslində çox məkrli və hiylələrlə doludur. Tarixən erməni hiylələrinin başında hayların dini liderləri durur.

Bunu ermənilər də etiraf edir. Belə ki, Gürcüstanda doğulan və "Erməni seçimi" hərəkatının üzvi A.Kananyan "Arovat" jurnalının 18 may 2012-ci il tarixli sayında yazır: "Uzun əsrlər boyu erməni-qriqorian kilsəsi erməni tarixinə o qədər süni və uydurulmuş yalanlar, miflər, əfsanələr və xülyalar təqdim etmişdir ki, hətta mütəxəssislər belə nəyin yalan, nəyin həqiqət olduğunu müəyyənləşdirə bilmirlər. Bizim bəyanatların tarixlə heç bir əlaqəsi olmadığı üçün istədiyimiz hər şeyi fantaziyalaşdırırıq ki, bu da erməni psevdoalimlərinin tarix elmini əyləncə predmetinə çevirməsi ilə nəticələnir".

Bəs Aramın məramı nədir?


Birincisi, "ağlayan" bu hay Türkiyəni ana vətən adlandırmaqla, Türklərin aborigen (yerli) xalq olmadığını gündəmə gətirir və hayları bu torpaqların əsl sahibləri kimi təqdim edir. Halbuki bütün tarixi araşdırmaları göstərir ki, haylar Anadoluya ilk dəfə 1325-ci ildə indiki İraq ərazisindən köçməyə başlayıblar. Eyni zamanda, "atanın" erməni seçilməsi bütün türk dünyası üçün təhqirdir.

İkincisi, həmin bəyanat Türkiyədə ermənilərin saxta soyqırımının gündəmdə olduğu günlərdə səslənib. Eyni zamanda, Türkiyə iqtidarının "kürd açılımı" məsələsini həll etmək istədiyi ərəfədə gündəmə gətirməklə, yeni bir "erməni açılımına" siyasi bazisin hazırlanması məqsədin güdür. Tarixə nəzər salaq. Osmanlı İmperiyası zamanı İstanbulun erməni patriarxı olan Varcapetyan Nerses (1837-1884) "Böyük Ermənistan" ideyasını reallaşdırmaqdan ötrü gizli qaydada imzalar toplayaraq Rusiya, İngiltərə, Fransa və ABŞ kimi antiosmanlı dövlətlərinə müraciətlər göndərmişdir. Həmin müraciətlərin əsas məzmunu Türklərin torpaqlarında bir erməni dövləti yaratmaqdan ibarət olmuşdur. Patriarx müraciət etdiyi ölkələrdən Osmanlı dövlətinə siyasi təzyiq göstərməyi və hətta ermənilərin vasitəsi ilə təxribata çəkməyi istəmişdir. Onun müəllimi isə İstanbul erməni patriarxı M.Hrimyan (1820-1907) olmuşdur. Varisleri isə İstanbul patriarxları: M.İzmirilyan (1843-1910),M.Ormanyan (1841-1918); E.Turanyan (1860 -1930);Zaven Əfəndi – Z.Yegyazaryan (1868-1927); Ecmiedzinkatalikosu V.Gevork (1847-1930); Sis katalikosu S.Kabayan (1848-1939) və çağdaş donemdə mərkəzi Ecmiedzinde yerləşən bütün Erməni katolikoslarıdır (Vazgen, Qaregin).

Üçüncüsü, nə vaxtdan Azərbaycan torpaqlarının işğalı hesablına yaradılmış Ermənistan "ata vətən" olub. Tarixi faktlar sübut edir ki, haylar İrəvan xanlığına aid olan ərazilərə ilk dəfə 1475-ci ildən köçməyə başlayıblar. Bundan başqa, nə vaxdan "ata vətən" termini yaranıb. Aramın məkri də məhz bu sözdə gizlədilib. Türkiyə mediasında bu bəyanatı verməklə, haylar tezliklə başqa bir təxribata əl atacaqlar. Bu "Qars müqaviləsinin" ləğv edilməsi və Naxçıvanın da "erməni torpaqları" kimi birləşdirilməsidir. Artıq erməni saytları həmin məsələni yenidən qabartmağa çalışırlar. "Milli" A(k)ramı müdafiə edən "haysevərlər" heç olmasa indi dərk etsinlər ki, onun bu Aramdan heç bir fərqi yoxdur. Təəssüf ki, "milli" aramın "sapı özümüzdəndir".

AzNews.az