Çeçenlərlə azərbaycanlılar arasında kütləvi dava: ölən var

6 May 2013 09:45 (UTC+04:00)

Dünən axşam saatlarında Moskvada "Bakı" mehmanxanasını yaxınlığında qafqazlılar arasında qanlı olay baş verib. "İnterfaks"ın verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yerli polisin və şahidlərin sözlərinə görə, hadisə 2 qafqazlı qruplaşma tərəfindən mübahisə ilə başlayıb.

Hadisə dünən axşam Moskva vaxtı ilə 20:30 radələrndə paytaxtın Nijneye Polye küçəsində baş verib. Bir qrup çeçenlə azərbaycanlı arasında mübahisə yaranıb. Nəticədə odlu, travmatik və bıçaqdan istifadə olunub. Çiyin və döş nahiyəsindən güllə yarası alan Ramil İsmayılov hadisə yerində ölüb. Onun atası, 1967-ci il təvəllüdlü İlham İsmayılov isə boğaz nahiyəsindən ağır yaralanıb.

Hadisəni törədən Çeçenistan vətəndaşları 31 yaşlı R. Bersanov, 32 yaşlı A. Şamilev, 35 yaşlı A. Oçerhacıyev və 28 yaşlı Ş. Əliyev paytaxtın Volqoqrad prospektində "Mercedes Galenvagen" markalı avtomobildə saxlanıblar. Onların üzərindən silahlı insidentdə istifadə olunan "Sayqa" silahı, 2 ədəd travmatik tapança aşkar olunub.

Aparılan ilkin araşdırmalar nəticəsində insidentin ilkin səbəbləri məlum olub. Belə ki, hadisəyə səbəb çeçenlərin Azərbaycanlıların sahibi olduğu avtoservisdə avtomobillərini təmir etdirən çeçenlər zəhmət haqqı ödəmək istəməyiblər. Digər versiyaya görə, çeçenlərlə azərbaycanlılar arasında münaqişəyə səbəb avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan firmaya sahib çıxmaq olub. Belə ki, çeçenlər azərbaycanlıların sahibi olduğu firmanı ələ keçirmək istəyiblər.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi faktla bağlı məlumat yayıb. Məlumatda dünən baş verən hadisənin MDB ölkələri vətəndaşları arasında olduğu bildirilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə), 222-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Aynur Hüseynova
AzNews.az