Azərbaycanda 2,2 mlrd. barel neft hasil edilib

6 May 2013 11:12 (UTC+04:00)



APA-nın xəbərinə görə, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bəyan edib.

Q.Birrellin sözlərinə görə, Bakı-Tfilis-Ceyhan neft boru kəməri vasitəsilə bu günədək 1,7 mlrd. barel neft nəql edilib və bu neft Ceyhan limanından 2 140 tankerlə dünya bazarlarına aparılıb.

Eyni zamanda "Şahdəniz" layihəsinin fəaliyyəti ərzində bu günədək gündəlik hasilat 966 mln. standart kub fut qaz və 55 min barel kondensat təşkil edib.

AzNews.az