ÜDM-lə bağlı bədbin proqnozlar verilir

6 May 2013 11:40 (UTC+04:00)
Avropa komissiyası yenilənmiş proqnozunu təqdim edib. Proqnoza əsasən, 2013-cü ildə Avrozonada ÜDM 0,4% aşağı düşəcək. Belə ki, Avrozonaya daxil olan 17 ölkədən səkkizində ÜDM ixtisarı qeydə alınacaq. Bunlara Yunanıstan, İspaniya, Fransa, Hollandiya, Portuqaliya, Sloveniya və başqaları daxildir.

Avrozonada ən sürətli iqtisadi artım Estoniyada (müsbət 3 %), ən böyük geriləmə isə Kiprdə gözlənilir (mənfi 8,7 %). Avrozonanın ən böyük iqtisadiyyatı hesab olunan Almaniyada isə iqtisadiyyat cəmi 0,4% artacaq.

İki ildir resessiya dövrü yaşayan Avrozonada 2011-ci ildə valyuta alyansının iqtisadiyyatı 0,6% ixtisar olunmuşdu, həmin zaman "mənfidə" olan ölkələrin sayı 9 idi.

Ümumilikdə isə, Avropa İttifaqının ÜDM-i 0,1% azalacaq. Aİ-yə daxil olub, Avrozonaya üzv olmayan ölkələrdən, yalnız bir ölkədə iqtisadiyyatın azalması müşahidə olunacaq – Çexiya (mənfi 0,4 %). Latviyada ÜDM3,8%, Litvada isə 3,1% böyüyəcək.

Avro-komissiya son aylar ərzində iqtisadi artım ilə bağlı proqnozlarını bədbinləşdirmək məcburiyyətində qalıb. Belə ki, hələ fevral ayında Avro-komissiya bu artımın 0,1% olacağı ümidində idi.

Avropa Mərkəzi Bankı iqtisadiyyata dəstək göstərmək məqsədi ilə mayın 2-də valyuta alyansında uçot dərəcəsini 0,75 faiz aşağı salaraq, rekord həddə, 0,5% səviyyəsinə endirib. Eyni zamanda, AMB növbəti endirimləri də istisna etmir.

Mətanət
AzNews.az