Azərbaycanda sahibkar 2.2 min manat cərimələndi

6 May 2013 16:07 (UTC+04:00)
Azərbaycanda kolbasa istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.


Fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Zirvə" adlı "Servelat", "Oxotniçiy" və "Krakovskaya" kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi, istehsal olunan kolbasaların resepturalarında onların istehsalında sarımsaq, muskat və qara istiot istifadə edildiyi göstərilsə də, məhsulların etiketində onun tərkibində bu məhsulların olduğunun göstərilmədiyi müəyyən edilib və qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs Ruslan Şərifova 2,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

AzNews.az