Masallıda ağır qəza: xəsarət alanlar var

6 May 2013 20:26 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Qəriblər kəndində vətəndaşa məxsus "VAZ " markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az